CBC telekanalında erməni jurnalist Syuzan Caqinyan, hüquq müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyan fikirləri yer alıb.
Videoda erməni xalqına və əsgərlərinə müraciət edən müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe tutublar. Videoda Syuzan Caqinyan Ermənistanın başında duran hakimiyyətin ölkənin ermənilərsiz qalması üçün əlindən gələni etdiyi bildirir. "Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə orda Köçəryanın, Sarkisyanın və öz xalqından oğurluq edən bütün digər generalların övladları, uşqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi erməni xalqını idarə etmək və onları müti qula çevirmək ücün əllərində bir vasitəsir. Onlara uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk edin. Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu ilə həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm ki, siz də istəməyəsiniz.
Hüquq mühafizəçisi Vaan Martirosyan: "Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan heç bir insan Qarabağda xidmət etmir. Erməni gəcləri və onların valideynləri ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin əsas günahkarı Sarkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun görməyən irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının fərqinə belə varmadan həlak olurlar.” –deyə bildirib.
Ermənistan vətəndaşı Sergey Culakyan: "Yad torpaqlarda qan tökmək nəyə lazımdır. Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm. Silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin.”
BAKU.WS