"Mərkəzi Seçki Komissiyası (MSK) indiyənə qədər Azərbaycanda keçirilən seçkilər zamanı geniş təcrübə əldə edib və artıq Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov MSK-nın aşağı seçki komissiyaları üzvlərinin maarifləndiriliməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərin açılış mərasimində deyib.
M.Rəhmov vurğulayıb ki, Azərbaycan Seçki Məcəlləsi dünyanın qabaqcıl Seçki Məcəllələrindən biridir və Avropa Şurasının ekspertizasından keçib. M.Rəhimov bildirib ki, Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraiti yaradıb. M.Rəhimov vurğulayıb ki, əvvəllər seçkilər zamanı müəyyən problemlər yaranırdı, bəzi seçki dairələrində seçkilərin nəticələri ləğv edilirdi, ancaq son illərdə qazanılmış təcrübə və seçkilərin peşəkar qaydada keçirilməsi nəticəsində ciddi nöqsanlara yol verilmir.
M.Rəhimov bildirib ki, MSK seçkilərin keçrilməsində böyük rolu olan aşağı seçki komissiyaların üzvlərinin peşəkarlığının artırılmasına daim diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir: "Bu günki treninqlərin də məqsədi sizlərin peşəkarlığını artırmaqdır. Biz hər birimiz ölkədə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əlimizdən gələni etməliyik".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub