Almaniya Dövlət Himninin sözlərində gender bərabərliyinin pozulması və bu səbəbdən bəzi hissələrinin dəyişdirilməsi ilə bağlı təklif edilib.
Mynews.az xəbər verir ki, bu haqda təklifi Federal Ailə Məsələləri Nazirliyinin Bərabər İmkanlar komissarı Kristin Rouz Möhrinq irəli sürüb.
O bildirib ki, himnin sözlərinin bəzi hissələrində cinsi ayrıseçkilik edilib və bu da gender bərabərliyini pozur:
“Himndə “Ana Vətən”dən bəhs edilmədiyi və yalnız “Ata Vətən” kəliməsindən istifadə olunması gender bərabərliyinin pozulmasıdır. Onun yerinə “Məmləkət Vətən” ifadəsi işlədilsin. Bundan əlavə, himndə “qardaşca əl və qəlb ilə” sözlərindəki “qardaşca” ifadəsində ancaq kişi qardaşlığından söhbət gedir. Təklif edirəm ki, bu sözlərin yerinə də “cəsurca, qəlblə əl-ələ” ifadəsi işlədilsin”.
Qeyd edək ki, Almaniya Dövlət Himninin sözləri 1841-ci ildə alman yazar Avqust Henrix Hofman fon Fallersleben tərəfindən yazılıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub