Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Azərbaycanın BMT-nin daha bir konvensiyasına qoşulması təsdiq edilib.
Mynews.az-ın məlumatına görə, iclasda Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında Azərbaycan Respublikası qanun layihəsi müzakirəyə çıxarılıb.
Deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan bütün konvensiyalara xüsusi qeyd göstərərək qoşulur:
“Xüsusi qeyddə göstərilir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və Azərbaycan həmin ərazilərdə konvensiyaları icra edə bilmir. Bununla da Azərbaycan bir daha Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır. Ona görə də Azərbaycanın konvensiyalara xüsusi qeydlə qoşulmasını çox düzgün addım hesab edirəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub