İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən Azərbaycan Prezidenti seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb.
Mynews.az xəbər verir ki, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 7 manatdır.
Çıxışın saniyəsinin maksimum qiyməti isə 25 manat müəyyən edilib. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında çıxış edə bilərlər.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti prezidentliyə qeydə alınan namizədlərə həm də ödənişsiz efir vaxtı ayıracaq.
Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub