Türkiyə “Zeytun budağı” hərəkatı çərçivəsində terrorçulara qarşı mübarizə aparan Silahlı Qüvvələrə daha bir yerli istehsal silahı göndərəcək.
Mynews.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Nurəddin Canikli məlumat açıqlayıb.
Nazir Maşın və Kimya Sənayesi tərəfindən istehsal edilən bir neçə lüləli raketatanların sınaqlarının uğurla keçirildiyini bildirib. O, yeni silahın bu ay içində “Zeytun budağı” hərəkatında istifadə ediləcəyini qeyd edib.
Türkiyənin yerli istehsalı olan raketatanların təsir gücü digərlərinə nisbətən 4 qat yüksəldilib.
Qeyd edək ki, müdafiə naziri daha öncə ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin Afrinə göndəriləcəyini açıqlamışdı. /Publika.az



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub