Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.
Dövlətimizin başçısı qeyd edib: "Əminəm ki, sizin səfəriniz Azərbaycan-Gürcüstan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi vardır. Eyni zamanda onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir.
Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Keçən ilin oktyabr ayında biz sizinlə bərabər həmin layihələrdən birinin - Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu il Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin və TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaqdır. Bizim əməkdaşlığımız hətta regional formatdan çıxaraq qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuz, qardaşlığımız dayanır. Və əminəm ki, səmimi münasibətlər bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub