Azərbaycan Respublikası prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca və namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadəyə martın 12-də prezidentliyə namizədlik vəsiqələri təqdim olunub.
Mynews.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlər Zahid Orucu və Araz Əlizadəni təbrik edib, vəsiqələrini onlara təqdim edib.
MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar yeddi namizəd qeydə alınıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub