Martın 12-də Milli Məclis (MM) sədrinin müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mynews.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
B. Muradova bildirib ki, Azərbaycan ATƏT-in bütün institutları ilə, o cümlədən Parlament Assambleyası ilə yüksək səviyyəli əməkdaşlığa malikdir və bu əməkdaşlığın daha da inkişafında maraqlıdır.
“Bizim üçün ATƏT PA və onun çərçivəsində əməkdaşlıq və dialoq üçün yaranmış mühit çox əhəmiyyətlidir.
Belə bir təşkilatın rəhbərliyinin yenidən Azərbaycanda olması bu əməkdaşlığın növbəti mərhələləri üçün yeni təkandır”, - deyə o əlavə edib.
ATƏT PA-nın sədri Georgi Tsereteli Azərbaycana səfərinin böyük əhəmiyyətə malik olduğunu söyləyib.
O, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk beynəlxalq sessiyasında iştirakdan məmnunluğunu bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub