Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı problemin olacağı gözlənilmir. Bütün addımlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atılır.
Mynews.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesini, o cümlədən namizədlərin və səlahiyyətli nümayəndələrin seçkilərə nə qədər maraqlı olduğunu ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırır.
Onun sözlərinə görə, ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub.
MSK sədri deyib ki, bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər.
Martın 12-də, saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsasən, Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib.
O bildirib ki, martın 19-da proses tam başa çatacaq, bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub