Mynews.az xəbər verir ki, bunu Trend-ə Rumıniya parlamentinin deputatı, Azərbaycan və Rumıniya arasında parlament əməkdaşlıq qrupunun rəhbəri Viktor Pol Dobre deyib.
O bildirib ki, Rumıniyanın Dağlıq Qarabağla bağlı mövqeyi hər zaman aydın olub: "Bizim uzanmış münaqişələrin dəyərləndirilməsi ilə bağlı mövqeyimiz aydındır. İnsanların faciəvi ölümlərinə və əziyyətlərinə səbəb olan bu cür münaqişələr regionun sabitliyinə və dayanıqlı inkişafına mane olur. Biz bundan sonra da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləməyə davam edəcəyik".
Deputat onu da qeyd edib ki, münaqişənin həlli prosesi ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanmalıdır:
"Biz həmçinin ATƏT Minsk qrupunun səylərini dəstəkləyirik və ümid edirik ki, bu səylər müsbət nəticələrə gətirib çıxarıb".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub