Bu gün Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayır.
Mynews.az-ın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündə bölgədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat, nəqliyyat, energetika, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf məsələləri müzakirə predmeti olacaq.
Qeyd edək ki, xarici işlər nazirlərinin dördtərəfli görüşünün təşəbbüskarı Azərbaycandır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub