Birinci nəzər nöqtəsi Yevlaxdır, əgər Yevlaxa zərbə endirsək, Azərbaycan sınacaq. Biz buna hazır olmalıyıq. Bundan əlavə, Ermənistan preventiv müharibə metodunu tətbiq edərək bəyan etməlidir ki, əgər təlimlər zamanı tanklar sərhədə beş kilometr yaxınlaşsa, biz zərbə endirəcəyik. Bizim belə hüququmuz var.
Oxu.Az xəbər verir ki, bu barədə “Lraqir” nəşrinə erməni politoloq Levon Şirinyan deyib.
Politoloq qeyd edib ki, əgər müharibə başlasa, dünya ictimaiyyəti Ermənistanın müdafiəsinə qalxmayacaq, Aprel döyüşlərində olduğu kimi.
“Qarabağda amansız olmaq və hər pozuntuda zərbə endirmək lazımdır”.
Şirinyan bildirib ki, əgər Ermənistan hökuməti Rusiya ilə mülayim münasibətləri saxlasa, udacaq:
“Rusiyada bu gün hərbi sənaye sahəsindən başqa digər sahələrdə düşkünlük var. Əgər Putin seçkilərdə qalib gələrsə, Rusiyada daxili ziddiyyətlər artacaq və bu vəziyyətdən ən asan çıxış yolu Qarabağ münaqişəsi olacaq.
Məhz bu kontekstdən irəli gələrək, hesab edirəm ki, KTMT Ermənistan xalqını müdafiə edəcəyini bəyan etsə də, Qarabağın bu zonaya aid edilmədiyini bildirib. Bu isə Azərbaycanı Qarabağda hərbi əməliyyatlara sövq edir. Azərbaycan zirehli texnikanı təlimlərə təsadüfən çıxarmayıb, mən hücum olacağını istisna etmirəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub