Türkiyənin baş naziri Bakıda keçirilən VI Qlobal Forumda iştirak edib.
Binəli Yıldırım Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrinə PKK terrorçularının yerləşdirildiyi iddiasına cavab verib:
“Əgər Azərbaycana və ya Türkiyəyə terror təhlükəsi varsa, cavabı olacaq”.
Baş nazir Ermənistana PKK iddiaları ilə bağlı təhdid ünvanlayıb:
“Türkiyə və Azərbaycan terrora qarşı birlikdə mübarizə aparır. Qarabağa terrorçuların yerləşdirilməsi nəticəyə təsir edə bilməz. Əgər dost və qardaş Azərbaycana ya da Türkiyəyə qarşı terror təhlükəsi olsa, cavabı olacaq”.
“Qarabağ məsələsində Azərbaycan haqlıdır. Azərbaycanda bir soyqırım həyata keçirilib. Ermənistan bunun cavabını almalıdır. Burada terrorçuların yerləşdirilməsinə icazə vermək olmaz”, - deyə Yıldırım əlavə edib.
olke.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub