Ölkədəki sabitlik, hamı kimi, məni də sevindirir. Amma məni sakitlik qane etmir.
Mynews.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə hökumətin hesabatında çıxışı zamanı deyib.
O, xaricdən müxtəlif kəşfiyyat xidmətləri tərəfindən idarə olunan dairələrin media üzərindən qurulan və yönləndirilən fəaliyyətinə toxunub. Bildirib ki, həmin dairələr təhqiri Azərbaycan siyasətinin tərkib hissəsinə çevirmək istəyirlər:
“Mən üzümü hörmətli Şeyximizə tuturam. O, həmişə dövlətin yanında olub. Ancaq din həmişə dövlətdən ayrı olub və belə də olmalıdır. Bununla belə, din dövlətsiz, dövlət də dinsiz ola bilməz. Ona görə də Şeyx başda olmaqla, din adamlarımızı, inanclı insanlarımızı bu qaralama, təhqir kampaniyasına qarşı cavab verməyə səsləyirəm.
Eyni zamanda, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri bu təhqir kampaniyasına qarşı mübarizə aparmalıdır. Bu hamımızın vətəndaşlıq borcudur”.
O, çıxışında seçkilərdən sonra hökumətin prosedura uyğun olaraq istefaya gedəcəyini dilə gətirib. Və yeni formalaşdırılacaq hökumətə uğurlar arzulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub