Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda keçirilən Türkiyə, İran, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşünə qatılıb.
Mynews.az xəbər verir ki, Qarabağda gözünü və ayağını itirən azərbaycanlı qazi, baş leytenant Kamil Musəvi paytaxtda qonaq olan baş nazirlə görüşüb.
Ziyarətdə Musəvi Yıldırımı Azərbaycanda görməkdən məmnunluğunu dilə gətirib.
Binəli Yıldırım Qarabağda girdiyi döyüşdə ayağını və gözünü itirən qazinin əzmindən heç nə itirmədiyini bildirib.
“Ayaqsız, gözsüz yaşamaq olar, amma vətənsiz yaşamaq olmaz”, – deyən Musəviyə cavabında deyib:
“Bu eşq olduğu müddətcə kimsə bizə zərər verə bilməz”.
Musəvi “Zeytun budağı” əməliyyatına dəstək vermək üçün video hazırladığını xatırladıb. Baş nazir videonu izlədiyini və qürur hissi keçirdiyiniz bildirib.
“İnşallah, Qarabağ da bir gün təmizlənər, narahat olma”, – Yıldırım əlavə edib.
Qəbulun sonunda Yıldırım Musəviyə öz təsbehini və Türkiyə-Azərbaycan bayraqlarının əks olunduğu hədiyyə verib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub