Azərbaycan Respublikası prezidentinin rəsmi saytı olan president.az-ın dizaynında dəyişiklik edilib.
Mynews.az-ın məlumatına görə, saytda “Xəbərlər”, “Sənədlər”, “Azərbaycan”, “Prezident”, “I vitse-prezident”, “Administrasiya”, “Müraciətlər” kimi bölmələr fəaliyyət göstərir.
Sayt üç – Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
İdarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat katibinin xidməti və Prezident Administrasiyası Strateji araşdırma və planlaşdırma şöbəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası prezidentinin saytında prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə məlumatlar yerləşdirilir.
Qeyd edək ki, bu, saytın dördüncü dizayn yenilənməsidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub