"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycan Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.
N.Məhərrəmli bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası ilə görüş keçirdiyini bildirib: "Onlar hazırda fəaliyyətdə olan prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim".
MTRŞ sədri bildirib ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır: "Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Ona görə də mən televiziya və radioların namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşmasını istərdim".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub