Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin Afrindəki vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.
Mynews.az xəbər verir ki, R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısındakı çıxışında ABŞ-ın terrorçularla əməkdaşlıq etdiyini və Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib:
"Biz sizə Suriyanı terror təşkilatlarından birgə təmizləməyi təklif edəndə harada idiniz? PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyinizi dediniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyən zaman bizə inanmadınız. İndi isə, Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYL/YPG-ni necə təmizlədiyini izləyin. Türkiyə ilə strateji tərəfdaş olduğunu deyərək terrorçularla əməkdaşlıq edən ABŞ, onlara 5 min yük maşını silah və texnika verdi. Biz pulumuzla silah almaq istəyən zaman bizə satmadığınız silahları onlara pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir və keçməyə davam edəcək".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub