Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşüb.
Mynews.az bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, A. Xudiyev görüşdə Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazır olduğunu bildirib.
A.Xudiyev deyib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları da Ukrayna sərmayəçilərinin üzünə açıqdır.
Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində aktiv olduğunu qeyd edən B. Filatov Administrasiya rəhbərliyinin Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür köməklik göstərməyə hazır olduğunu nəzərə çatdırıb. Dnepr şəhər meri həmçinin keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən bərpasına Azərbaycan şirkətlərini dəvət edib: “Bundan başqa Dneprin mərkəzində “Azərbaycan” parkının açılması və orada ölkəmizin tanınmış simalarından birinin heykəlinin ucaldılması, Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına hər cür dəstək göstərə bilərik”.
Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub