Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclası çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşündə deyib.
S.Müslümovun sözlərinə görə, Azərbaycan bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəsi sırasındadır.
Nazir vurğulayıb ki, son 15 ildə 3 dəfədən çox iqtisadi artıma nail olan Azərbaycanda cari ilin iki ayında da ümumi daxili məhsulda 1,3 faiz, qeyri-neft sektorunda 2,3 faiz artım qeydə alınıb.
"Dünya iqtisadiyyatında çətinliklərin yaşandığı son illərdə də Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilməklə, onların getdikcə daha da genişləndirilməsi təmin olunur. Eyni zamanda, ölkədə layiqli əməyin təminatı istiqamətində məqsədyönlü işlər aparılmaqla, əmək haqlarının mütəmadi artırılması da həyata keçirilir. Bu sahədə tədbirlərin davamı kimi, cari ilin ötən dövründə ölkədə əmək haqları, habelə digər sosial ödənişlər növbəti dəfə artırılıb". - S.Müslümov belə deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub