"Azərbaycan xalqı düşünərək öz səsini verəcək"
"Bu gün Azərbaycan regionda lider dövlətdir. Ölkəmiz bu gün öz inkişafı ilə, özünün dünyaya təqdim etdiyi imkanlarla, beynəlxalq əhəmiyyətli layihələrə rəhbərlik etməyi ilə, o layihələri önə aparan, onun arxasında dayanan və etibarlı tərəfdaş olan dövlət kimi hamının maraq çərçivəsindədir".
Mynews.az bildirir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycan enerji daşıyıcılarının diversifikasiyasını təqdim edən bir dövlətdir: "Eyni zamanda da ölkəmizin ərazi bütövlüyü işğal altındadır. Bu işğalla bağlı ATƏT-in Minsk Qrupu yaradılıb və orada həmsədr dövlətlər var. Həmçinin həmsədr dövlətlərdən başqa digər dövlətlər orada təmsil olunur. Ona görə də Azərbaycanda güclü liderin bir daha xalqın etimadını qazanmasından ötrü ölkəmiz bütün imkanlarından istifadə edir. Beləcə dünya dövlətləri də marağındadır ki, Azərbaycanın güclü siyasi dövləti öz fəaliyyətini davam etdirsin. Bu gün güclü siyasi dövlət nəticəsində stabil Azərbaycan var. Məhz stabilliyin hesabına da güclü iqtisadi dövlət var. Ona görə də hər zaman olduğu kimi Azərbaycanda qarşıdan gələn prezident seçkiləri demokratik şəkildə keçiriləcək və insanlar öz seçimini edə biləcəklər.
Bildiyiniz kimi aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu Azərbaycan qanunlarına müvafiq olaraq təyin olunub. Ona görə də biz hər birimiz gözləyirik ki, aprelin 11-də xalq yenə də öz liderinə səsini verəcək. Təbii ki, bununla da Azərbaycan öz inkişaf yolunu davam etdirəcək. Ən prioritet məsələ kimi də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bu yol da Ümumilli Lider Heydər Əliyevin yaratdığı və onun layiqli davamçısı cənab İlham Əliyevin apardığı siyasətdir. Bu yeganə yoldur ki, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Bunu xalq da bilir. Azərbaycan xalqı müdrik xalqdır və düşünərək öz addımını edəcək və səsini verəcək".
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3639 dəfə oxunub
- Bakıda ikinci kurs tələbəsi vəfat etdi 3639 dəfə oxunub
- Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü 1695 dəfə oxunub
- Sabah Cəbrayıla ilk köç olacaq 1048 dəfə oxunub
- Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK 1046 dəfə oxunub