"Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb".
Mynews.az SİA-ya istinadən bildirir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, ilk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitiar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin, Azərbaycanda lider-xalq birliyigüclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir.
"Əlbəttə ki, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirik. Görüşlər zamanı insanlar birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər. Onlar deyirlər ki, bu təbliğat tədbirlərinə elə də ehtiyac yoxdur, çünki cənab Prezidentin gördüyü işlər göz önündədir. Yəni insanlarda dövlətimizin başçısına sonsuz inam, etimad görürük. Çünki Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza xidmət edir. Dövlət başçısı hər zaman bütün məsələlərdə ölkəmizin, vətəndaşlarımızın maraqlarını öndə tutur. Ümumilikdə, xalqımız 11 aprel seçkilərinə tam hazırdır. Dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyən xalqımızın bu seçkilərdə cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir" - deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub