"Bu gün ölkəmiz onsuz da erməni quldurları tərəfindən terrora məruz qalıb və torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir məqamda hamılıqla düşmənlərimizə qarşı mübarizə aparmaq əvəzinə, təəssüf ki, bu gün virtual məkanda Azərbaycana qarşı xaricdəki müxtəlif qruplar tərəfindən azərbaycanlıların vasitəsilə mənəvi terror gerçəkləşdirilməsinin şahidi oluruq. Artıq həyəcan təbili çalmağın vaxtıdır".
Bu fikirləri "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev sosial şəbəkə hesabında paylaşıb.
O qeyd edib ki, siyasi mübarizə müxalifət tərəfindən küçə söyüşləri və iyrənc təhqirlər səviyyəsinə endirilib: "Dövlət maraqlarımıza, atributlarımıza qarşı yönəldilən, əxlaqi dəyərlərə sığmayan hücumlar dövlət məmurlarını, baş redaktorları, sadə jurnalistlərı, ziyalılar zümrəsini, bir sözlə ictimai fəal şəxsləri narahat edir. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun son günlər narahatçılığı, sosial şəbəkələrdə yazdığı statuslar məncə, bütün Azərbaycan xalqının rəyi və sifarişidir. Belə məsələlərdə kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq, tərəflər ümumdövlət, ümumxalq maraqlarına xatir etik çərçivəni gözləməli, ehtiyac olarsa, sağlam polemika və dialoq çərçivəsində ortaya çıxan problemləri həll etməlidirlər. Dövlətinə, xalqına və ailəsinə hörmət edən hər kəs bu iyrənciliklərə reaksiya verməlidir".
B.Quliyevin sözlərinə görə, bu vəziyyət düşmən qüvvələri sevindirir və xalqınmızı mənəvi sarsıntıya məruz qoyur: "Məncə, siyasi mübarizə etik çərçivədən kənara çıxmamalı və bunlar çözülməlidir".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub