Mənim fikrimcə, hər hansı bir insan xüsusilə siyasətlə məşğul olan şəxs əgər opponentini söyürsə və təhqiramiz ifadələr işlədirsə, deməli, onun həm həyatda, həm də siyasətdə deməyə sözü qurtarıb. Bu mənada Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun fikirləri ilə tam razıyam.
Mynews.az SİA-ya istinadən bildirir ki, bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz özünün "facebook" səhifəsində paylaşıb.
Onun sözlərinə görə, başqa ölkənin qucağında oturub öz dövlətinə millətinə onun rəsmi şəxslərinə qarşı hədyan söyləmək qorxaqlıqdan başqa bir şey deyil: "Azərbaycanda kifayər qədər demokratik siyasi mübarizə meydanı var. Buyurun gəlin və mübarizəni burada aparın. Gəlmirsinizsə, deməli, ya sizi kimlərsə idarə edir, ya da siz su bulandırırsınız. Azərbaycanın uğurlarına kölgə salmağa çalışırsız. Bu isə alınmayacaq. Çünki bugünkü Azərbaycan xalqı ağı qaradan seçməyi gözəl bacarır. Boşuna özünüzü yormayın".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub