Dünyadakı erməni təəssübkeşliyi səbəbindən Qarabağ münaqişəsi nizama salına bilmir.
Mynews.az xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətini narahat edən əsas və yeganə məsələ torpaqlarımızın bir qisminin işğal altında olmasıdır.
“Dağlıq Qarabağ münaqişəsinin bugünə qədər məhz Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və dünyadakı ikili standartlar, o cümlədən erməni təəssübkeşliyi səbəbindən nizama salınmaması hər bir vətəndaşımızı dərindən narahat edir” - deyən, millət vəkilinin sözlərinə görə, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu və həmsədrlər də fəaliyyətsizdir, onların bölgəyə səfərləri turist səfərlərindən başqa bir şeyə bənzəmir.
Bununla belə, millət vəkili Azərbaycanın gündən-günə gücləndiyini, ölkəmizin “sabitlik adasına” çevrildiyini bildirərək, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağ münaqişəsinə də son qoyulacağını, problemin xalqımızın, dövlətimizin maraqları çərçivəsində həll olunacağını bildirib:
“Artıq neçə onilliklərdir ki, planetin müxtəlif yerlərində müxtəlif səbəbləri olan münaqişələr, müharibələr hökm sürür. Bunlardan başa çatanı olsa da, bir başqa yerdə yeni müharibə ocağı yaranır.
Nəticə etibarilə bütün müharibələr xalqların taleyində dərin iz buraxır, ona ağır maddi və mənəvi zərbə vurur, məhrumiyyətlərə düçar edir.
Lakin dünyada cərəyan edən iqtisadi böhranlara, qlobal siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” və inkişaf ünvanı kimi qalmaqdadır.
Respublikamız siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib.
Hər ötən il Azərbaycanın artan gücünü və imkanlarını dünyaya nümayiş etdirir, ölkəmizin beynəlxalq imicini artıran mühüm hadisələr kimi tariximizə qızıl hərflərlə yazılır.
Bunlar isə onu söyləməyə əsas verir ki, Azərbaycan Qarabağ münaqişəsinə də tezliklə son qoyacaq, bu problemin ədalətli həllinə də nail olacaq.
Bu, bizim haqqımızdır və kimsə bu haqqı bizim əlimizdən ala bilməz” - deyə, B.Sadıqov qeyd edib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub