"Özünə hörmət edən "sosial şəbəkə terrorçularını" dəstəkləməz"
![](https://img.mynews.az/news/2018/03/photo_42625.jpg)
"Hər kəsə məlumdur ki, Avropada və digər xarici ölkələrdə sığınacaq alaraq yaşayan bəzi "həmvətənlər" (bunların sayı 10 nəfərdən artıq deyil) öz güzəranını yaxşılaşdırmaq üçün ölkəmiz və dövlətimiz əleyhinə bütün "tapşırıqları" canla-başla yerinə yetirərək sosial şəbəkələrdə ölkə rəhbəri və yüksək çinli məmurlar haqqında söyüşlər, təhqirlər edirlər. Burada məqsəd nə ola bilər? Müxalifəti təmsil edən partiyaların və şəxslərin rəğbətinimi qazanmaq?! Xeyir!"
Mynews.az bildirir ki, bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, özünə hörmət edən, öz səviyyəsini qoruyan müxalifət partiyası və müxalifət nümayəndəsi bu cür "sosial şəbəkə terrorçularını" dəstəkləməz və onları müdafiə etməz: "Dünyanın bütün demokratik ölkələrində olan müxalifət partiyaları və təmsilçiləri öz çıxışlarında və bəyanatlarında zora, söyüşə, təhqirə qarşı olduqlarını bildirirlər. Ona görə ki, onlar, ilk öncə, özlərinə və tərəfdarlarına hörmət edirlər. Onlar çox gözəl bilirlər ki, siyasətdə təhqir və söyüşdən istifadə edənləri dəstəkləmək əlində "pimi çəkilmiş bomba" gəzdirmək kimi bir şeydir! Çünki demokratiyadan danışan hər kəs anlayır ki, "bir insanın azadlığı digər insanın azadlığının sərhədlərinə qədərdir!".
Bəs onda bu adamları kimlər dəstəkləyə və himayə edə bilər?! Axı onlar öz başına da bu addımları ata bilməzlər! Məsələn, bir ölkədən durub digər ölkəyə getmək, filan qədər xərc çəkmək, şəkillər və plakatlar çıxarıb müəyyən divarlara yapışdırmaq bunlar hamısı ssenari əsasında həyata keçirilən, kifayət qədər maliyyə vəsaiti tələb olunan işlərdir! Bu ssenarini kimlər yaza bilər və maliyyəni kimlər ya da hansı təşkilatlar verə bilər?! Bu suallara cavab tapmaq o qədər də çətin deyil. Məsələn, Azərbaycan dövləti və şəxsən cənab Prezident səfər etdiyi dünyanın bütün ölkələrində çəkinmədən, qorxmadan Ermənistan dövlətini işğalçı ölkə adlandırır və terrorçuluğu dəstəkləyən Ermənistan rəhbərliyini ifşa edir, Ermənistan prezidentlərinin iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisəsini dünya ölkələrinin də Soyqırım kimi tanınmasına çalışır! Bu addımlar kimə pis təsir edər əlbəttə Ermənistan dövlətinə, Ermənistan xüsusi xidmət orqanlarına, erməni lobbisinə və erməbi lobbisinin maliyyə dəstəyi ilə hərəkət edən bəzi təşkilatlara!"
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1155 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1113 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1103 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1034 dəfə oxunub