Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayırıq.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar mövqeyini dəfələrlə ifadə edib:
“Bu qəbildən olan hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Biz regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün siyasi-diplomatik səyləri daha da artırmağa çağırırıq”.
Qeyd edək ki, martın 25-də Səudiyyə Ərəbistanı Yəmən tərəfindən bu ölkəyə yeddi ballistik raketin atılması barədə məlumat yayılıb.
Raketlərin hamısı raket əleyhinə müdafiə sistemləri tərəfindən vurulub. Raketlərdən üçü paytaxt Ər-Riyad tərəfə istiqamətlənib, raketlərin bəzi qalıqları yaşayış evlərinə düşüb. Nəticədə Misir vətəndaşı ölüb, iki nəfər yaralanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub