İndiki məqamda rus diplomatlarının qovulmasının Azərbaycana hansısa bir təsiri yoxdur.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa Böyük Britaniya ilə Rusiya arasında məlum diplomatik gərginlikdən sonra bir çox Qərb ölkələrindən rusiyalı diplomatların qovulmasına və bunun nələrə gətirib çıxara biləcəyinə münasibətini bildirərkən deyib.
“Sadəcə, Rusiyanın atdığı revanş addımlarının təsiri bu ölkənin təsir gücü kifayət qədər olan bütün postsovet məkanı ölkələrinin maraqlarına uyğun gəlməyə bilər”, - deyən millət vəkilinin sözlərinə görə, Rusiyanın Qərblə qarşıdurmasının əzilən tərəfinə çevrilmək təhlükəsi hamı, o cümlədən bizim üçün də var.
“Xarici siyasətimizi daha dəqiq cilalamağa məcburuq.
Rusiya ilə münasibətlərimizə xələl gətirmədən Qərblə münasibətlərimizin də korlanmasına rəvac verməməliyik”, - deyə millət vəkili əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub