Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycanı tərk edən bir neçə şəxs heç nəyə məhəl qoymadan Azərbaycan dövlətinin rəmzlərinə, ayrı-ayrı şəxslərə qarşı heç bir əxlaqi prinsipləri gözləmədən qarayaxma ilə məşğul olur:
"Biz bu çirkin kampaniyanı seçkilərlə əlaqələndiririk. Biz əvvəlki seçkilərdə də bu sayaq "mübarizə üsulları" ilə tanışıq, ancaq bu dəfə nifrət, təhqir, qərəz, söyüş əsas metod kimi seçilib. Məqsəd cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır. Biz buna məhəl qoymaya bilərdik, ancaq ABŞ-da, Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır ki, onlar orada ölkəmiz haqqında öz ətrafında olan insanlara məlumat verirlər. Lakin çirkin kampaniyaya qoşulmuş insanlar söyüşü, təhqiri əsas metod kimi götürür. Bu məsələlər bizi narahat edir və biz buna qarşı mübarizə aparmalıyıq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub