28 mart 2018-ci ildə Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Milli Mərkəzə daxil olub.
Mynews.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.
Məlumata görə, Milli Mərkəz tərəfindən gözlənilən hava şəraiti nəzərə alınaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən, dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib.
Müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb.
Azərbaycan Respublikasının bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin çıxışına və girişinə qadağa qoyulub.
Azərbaycan Respublikasının limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb.
Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanıqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb.
Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.
Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və videokameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir.
Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilərlə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən lazımİ tədbirlər həyata keçiriləcək.
Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir.
Daxil olan məlumata əsasən, 31 mart 2018-cil il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub