Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mühacir tərbiyəsizliyi cəzasız qalmamalıdır

Mynews.az SİA-ya istinadən yazını təqdim edir.

Müxalif mövqeli KİV-lərin ölkədə sərbəst şəkildə informasiya siyasəti yürütməsinə şərait yaradıldığı halda, müxtəlif bəhanələrlə xaricə sığınıb "mühacir" statusu almağa cəhd edənlərin təhqir və söyüşlərlə müşahidə edilən fəaliyyətləri qəbuledilməzdir. Sosial şəbəkələrin verdiyi imkanlardan, eyni zamanda toxunulmazlıq mühitində olduqlarını zənn edib bundan istifadə edənlər əxlaqdan, mənəviyyatdan kənar fəaliyyətlə məşğul olur, ölkənin dəyərlərini, dövlət simvollarını təhqir edirlər. Nəticədə, bu radikallığın müqabilində xaricdə sığınacaqlarını təmin edir, əcnəbi ağalarının buyruq quluna çevrilərək əmirlərinə müntəzir dayanaraq, Azərbaycan əleyhinə tapşırıqlarını yerinə yetirməklə vəsait əldə edirlər.

Araşdırmalar zamanı məlum olur ki, bundan əvvəl heç bir siyasi fəaliyyətlə məşğul olmayan və xaricdə yaşamaq icazəsi alaraq, analoji fəaliyyətlə məşğul olanlar sırasında Avropa ölkələrinə cinsi azlığın nümayəndəsi kimi sığınanlar da az deyil. Onlar xaricdə yaşamaqdan ötrü özlərinin və təmsil etdikləri nəsillərin adına xələl gətirməkdən belə çəkinməyənlərdir. Namusunu, qeyrətini, cinsi mənsubiyyətini və arientasiyasını, bir sözlə, əxlaqını, şəxsiyyətini ayaqlar altına atıb nəticədə güzəştlərə, yardımlara, dilənçi payına çevrilən vəsaitlərə göz dikənlər, hələ bir utanmadan, indi kişilikdən və mənlikdən dəm vururlar.

Qanunsuz yollarla, saxta sənədlərlə xarici ölkələrdə cinsi azlıq nümayəndəsi statusu ilə sığınacaq tapanlar arasında, təəssüflər olsun, elələri də var ki, onlar, həqiqətən də cinsi azlıq nümayəndəsi və əxlaqsız həyat tərzi keçirənlər olub. İslami dəyərlərə, milli mənsubiyyətə, əxlaq kodeksinə, mental düşüncəmizə zidd şəkildə həyat tərzi keçirən, yaşadığı əyalətdə rüsvayçı əməllərinə görə "məşhur" olanlar Avropanın küçələrinə səpələnib və deyəsən, çox münbit şəraitə düşüblər. Bəziləri də Hollandiyada əxlaqsız həyat tərzi keçirməsi üçün tam azad şəraitlə qarşılaşıblar və bu "azadlıqlarından" çox məmnundurlar. Bu üzdəniraqlar utanmadan, kişilikdən dəm vurur və hətta kişiliklə əlaqədar ittihamlar da edirlər. Digər tərəfdən də, Azərbaycanda azadlığın olmamasından ağız dolusu danışır və öz azadlıqlarını nümunə olaraq təqdim edirlər. Belə üzdəniraqların, təbii ki, söz-söhbətinə məhəl qoyan yoxdur və onların tərənnüm etdiyi "kişilik" heç kəsə lazım deyil.

Savadsızlıq, əxlaqsızlıq, cinsi azlıq nümayəndəsi olmaq məsuliyyətdən azad etmir

Virtual aləmin, sosial şəbəkələrin dırnaqarası qəhrəmanlarından birinə çevrilən Rəafael Piriyev adlı mühacirin səviyyəsiz videomüraciətləri ikrah hissi doğurmaya bilməz. Əxlaqsız həyat tərzinə, cinsi azlıqlara məxsus rüsvayçı əməllərinə görə həmkəndliləri tərəfindən Bərdədən qovulmuş və saxta sənədlərlə Avropaya qaçmış bu mühacirin kənd adından belə danışmağa cürəti çatmadığı halda, "mənim xalqım" deyə müraciət etməyə nə dərəcədə haqqı ola bilər? Ələlxüsus Azərbaycan xalqının əxlaqına, mentalitetinə uyğun olmayan həyat tərzi keçirən bir məişət pozğununun bu xalqın adından danışmağa ixtiyarı da çatmır.

Bərdənin bir kəndinin sakini olmağa layiq olmayan rüsvayçı şəkildə qovulan, tülkü kimi kənddən baş götürüb qaçanın biri, Avropada "xoruz olub", düşüb küçələrə. Harda gəldi videoçəkiliş edib, tərbiyəsizlik nümayiş etdirən bu mühacir siyasi mübarizədən xəbəri olmadığı kimi, həddini də bilmir. Görünür, dövlət atributlarının, ölkə simvollarının təhqir olunmasının cinayət xarakterli olmasını, qanunsuz əməllər hesab edilməsini dərk etmədiyi üzündən, savadının və səviyyəsinin olmaması səbəbindən, özünü lap azad hiss edir. Amma dərk etmir ki, əməlləri qanunsuzluqdur və qanunvericiliyin, konstitusiyanın müvafiq müddəaları ilə tənzimlənir. Cinsi azlıq nümayəndəsi olması, əxlaqsızlığı, savadsızlığı və səviyyəsizliyi onu bu cavabdehlikdən azad etmir və cinsi arientasiyasını itirdiyi halda, kişilikdən dəm vurması, o demək deyil ki, qanun qarşısında da özünü haqlı hesab edə bilər.

Şərəfsizlərdən mənəvi dəyərləri, milli maraqları gözləmək sadəlövhlükdür, onlar cəzalandırılmalıdır

Cinsi arientasiyasını itirmiş və məskunlaşdığı yerdən əxlaqsız həyat tərzinə görə qovulmuş, saxta sənədlərlə siyasi qaçqın adı altında Avropaya üz tutmuş mühacir təkcə Rəafael deyil. Piriyevin Məhəmməd Mirzəli kimi dostunun da özü kimi eyni həyat tərzi keçirməsi və eyni aqibətlə

Avropada məskunlaşması, artıq ictimaiyyət üçün gizli deyil. Məhz əxlaqsızlığı, savadsızlığı və səviyyəsizliyi səbəbindən Mirzəli də onun kimi eyni şəkildə həyat tərzinə üstünlük verir və Avropanın küçələrində öz çirkin, qanunsuz əməlləri ilə diqqəti cəlb edir. Addımbaşı əxlaq normalarına sığmayan video-görüntülər hazırlayıb yayımlayan Məhəmməd də dövlət atributlarını, ölkə simvollarını təhqir edir, bununla da, qanunsuzluq hərəkətlərinə rəvac verir. Şərəf və ləyaqətin nə olduğunu dərk etməyən, şərəfsizlik ifadəsini özünə təhqir hesab etməyən biri kimi Mirzəli də özünü Avropada, görünür, çox azad hiss edir və azadlığı anarxiya, xaos və tərbiyəsizlik kimi başa düşür. Lakin anormal düşüncə və həyat tərzi Rəfael kimi, onu da məsuliyyətdən azad etmir və o da qanunsuz əməllərinə görə qanun qarşısında cavabdehdir. Bir sözlə, məsuliyyətdən boyun qaçırması da mümkünsüzdür və cəzalandırılacağına zərrə qədər də şübhəsi olmasın.

Maraqlıdır, Piriyev və Mirzəli kimi üzdəniraqları özünə dost, əqidə yoldaşı, məsləkdaş hesab edən Orduxan Teymurxan və Vidadi İsgəndərli kimi mühacirlər də var və onlar da əməllərinin qanunsuz olduğunun sanki fərqində deyillər. Halbuki V.İsgəndərli "hüquq müdafiəçisi", qismində çıxış edir, video-müraciətlərində qanun dili ilə danışır. Amma ölkə simvollarının, dövlət atributlarını təhqir etməsi səbəbindən qanunsuz əməllərə yol verdiyini guya ki, anlamır. Qəbrin təhqir oluanması barədə tamamilə yanlış və həqiqətdən kənar video-görüntüləri, şayiələri ortaya atıb, atasının adını belə öz şəxsi məqsədləri üçün dövriyyəyə buraxan və istifadə edən İsgəndərlidən mənəvi dəyərləri, milli maraqları gözləmək, təbii ki, sadəlövhlükdür.

Teymurxan da, Mirzəli də, Piriyev də, İsgəndərli də əməllərinə görə qanun qarşısında cavabdehdirlər və barələrində cəza tədbirləri görüləcəyi şübhəsizdir. Belə davam edərsə, tərbiyəsizliklərinə son qoymazlarsa, etik normalara məhəl qoymadan, mübarizə hesab etdikəri təhqir və söyüşlərə davam edərlərsə, onların müvafiq qurumlar tərəfindən ekstradisiyası təşkil edilməli və cinayət məsuliyyətinə cəlb edilmələri üçün ölkəyə gətirilmələri təmin edilməlidir. Heç şübhə yoxdur ki, məskunlaşdıqları ölkələr bu istiqamətdə Azərbaycana öz köməyindən imtina etməyəcək. Deməli, onların qanun qarşısında cavab verməsi, məsuliyyətə cəlb olunmalarında heç bir maneə yoxdur və Azərbaycan bunu reallaşdırmaq iqtidarındadır. Lakin bu mühacirlərin ittiham olunmalarına təkcə qanuni nöqteyi-nəzərdən yanaşmaq kifayət etməz. Xalq və Azərbaycan ictimaiyyəti bu satqınlara öz qiymətini verməli və onlar vətən xaini damğası almalıdır. Ən böyük cəza, məhz xain damğasıdır ki, bu xəyanətkarlar bu cəzanı və bu xain damğasını özləri qazanıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...