Bu gün Türkiyənin Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.
Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.
Görüşdə çıxışı zamanı general-polkovnik Zakir Həsənov ölkəmizdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımının 100 iliyi kimi qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilib və itkin düşüb.
Soyqırımı ilə əlaqədar Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli Azərbaycan xalqına başsağlığı verib.
12:53
Bu gün Türkiyənin Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş başlayıb.
Bu barədə Mynews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub