USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Putin Türkiyəyə gedəcək

15:02 02.04.2018
Putin Türkiyəyə gedəcək
15:02 02.04.2018

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Mynews.az xəbər verir ki, bu haqda Kreml rəsmi məlumat yayıb.

Məlumata əsasən, Putin aprel ayının 3-4-də Türkiyəyə rəsmi səfərə gedəcək:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə həyata keçirilən və paytaxt Ankarada keçiriləcək görüşdə enerji sahəsindəki strateji layihələr və Suriya da daxil olmaqla, beynəlxalq gündəmdəki məsələlər müzakirə ediləcək”.

3 apreldə 7-ci Rus-Türk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının keçiriləcəyi haqda açıqlama verən prezident Vladimir Putin “İkitərəfli ticarət-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivi, xüsusilə enerji sahəsindəki birgə strateji layihələrin gedişi müzakirə olunacaq.

Suriyada terrorla birgə mübarizə də daxil olmaqla, regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə edilməsi planlaşdırılır”, - deyə bildirib.


Xəbər lenti