Ermənistanın qeyri-konstruktiv mövqeyi və cəhdləri heç bir nəticə vermir.
Mynews.az xəbər verir ki, bunu politoloq, millət vəkili Elman Nəsirov deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin həlli təşkil edir.
Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində mövqeyi möhkəmlənib, hərbi, siyasi və diplomatik üstünlüyü təmin olunub”, - deyən politoloqun sözlərinə görə, siyasi üstünlük ondan ibarətdir ki, heç bir dövlət və beynəlxalq təşkilat Ermənistanın işğalçılıq siyasətini qəbul etmir, bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
“Ermənistanın, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi və cəhdləri heç bir nəticə vermir.
Diplomatik üstünlüyümüzü göstərən ən mühüm faktlardan biri qondarma DQR-də keçirilən qanunsuz referendumun heç bir dövlət tərəfindən tanınmaması, Dağlıq Qarabağın tarixi və hüquqi nöqteyi-nəzərdən Azərbaycanın ərazisi olmasının nümayiş etdirilməsi oldu.
2016-cı ilin aprel döyüşləri isə Azərbaycanın hərbi üstünlüyünü nümayiş etdirdi.
Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu göstərdi.
Aprel döyüşlərindən sonra Serj Sarkisyan üç absurd ilkin şərtlər irəli sürdü və danışıqlara getməyəcəyini bəyan etdi. Lakin Azərbaycanın siyasi və diplomatik üstünlüyünün fonunda 2017-ci ilin oktyabr ayında Sarkisyan ilkin şərt irəli sürmədən Cenevredə danışıqlara gəldi”.
Politoloq dedyib ki, bütün bunlar onu göstərir ki, Azərbaycan prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli siyasət həyata keçirir, prinsipial mövqe nümayiş etdirir:
“Bu isə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə dair əminlik yaradır.
Çünki xalq öz prezidentini, onun həyata keçirdiyi siyasəti dəstəkləyir və xalq-hakimiyyət birliyinin olduğu yerdə qələbə labüddür!”
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub