Erməni puluna satılmış rusiyalı deputat Konstantin Zatulin Ermənistanda yaranmıış anti-Rusiya ovqatını bir az yumşaltmaq üçün bildirib ki, Rusiyadan Azərbaycana satılan silahlar o qədər də mofidikasiyalı deyil.
Mynews.az xəbər verir ki, bunu aprelin 2-də İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında millət vəkili, prezidentliyə namizəd Zahid Oruc deyib.
O qeyd edib ki, bu “bəyanat”dan sonra həmin ölkənin xaricində, xüsusilə, düşmən dövlətdə - Ermənistanda, həm də ölkənin daxilində bəzi qüvvələr Azərbaycan ordusu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqdadır.
“Mən bu gün (dünən-red.) Müdafiə Nazirliyi ilə də əlaqə saxlamışam və rəsmi şəkildə deyə bilərəm ki, Azərbaycan həmin silahlarını gücünü Ermənistanın üzərində sınaya bilər. Eyni zamanda, əgər Zatulin də erməni hərbi paltarını geyinib, döyüş meydanına atılarsa, bu silahların gücü onun üzərində də sınana bilər.
Bu yerdə mən hər şeydən Azərbaycan dövlətinə qarşı istifadə etməyə çalışan daxili qüvvələrə səslənmək istəyirəm: Orduya müxalifətçilik etməyin. Orduya müxalifətçilik Vətənə müxalifətçiliyə bərabərdir”, - deyə Z. Oruc əlavə edib.
Z. Oruc Xəzər dənizinin statusu məsələsinə də toxunub:
“Bilirsiniz ki, Rusiya bir müddət öncə Xəzərdən Suriyanı bombaladı... Artıq Xəzər hərbsizləşdirilməlidir, Xəzər sülh dənizi olmalıdır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub