Bu gün Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas işə başlayıb.
Mynews.az xəbər verir ki, tədbiri açan Venesuelanın xarici işlər nazirinin müavini Mario Rubendario Morina Qoşulmama Hərəkatının mövcud siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı platforma olduğunu deyib.
O bildirib ki, Hərəkat özündə BMT-nin prinsiplərini ehtiva edir.
“Biz Qoşulmama Hərəkatını multikultural hərəkat da adlandıra bilərik. Ölkələri narahat edən problemlərin aradan qaldırılması üçün bu Hərəkat yaxşı imkanlar yaradır”, - deyə nazir müavini qeyd edib.
Azərbaycanı iclasda ölkəmizin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.
Xatırladaq ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.
Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
576 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
532 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
503 dəfə oxunub
4
Zəngilana növbəti köç karvanı yola salındı
502 dəfə oxunub
5
Əli Əsədov yeni qərar imzaladı
501 dəfə oxunub