Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və bundan sonra da artan xətt üzrə inkişaf edəcək.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan deputatı Mətin Külünk bildirib.
Deputat qeyd edib ki, bu gün Azərbaycan iqtisadi, siyasi, ictimai və hərbi sahədə nailiyyətlər başda olmaqla, bütün sahələrdə ciddi uğurlar əldə edib.
Onun sözlərinə görə, son illərdə Türkiyənin bəzi kənar təhdidlərlə üzləşməsinə və bu təhdidlərin davam etməsinə baxmayaraq, yaşanan hadisələrin fonunda Ankara-Bakı münasibətləri heç vaxt arxa planda olmayıb:
"Türkiyə ilə Azərbaycan siyasi, hərbi, iqtisadi sahələr başda olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirlər və əlaqələr daha da güclənməkdədir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın güclənməsi və bir dövlət olaraq möhkəmlənməsi Türkiyənin güclənməsi deməkdir".
M.Külünk deyib ki, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirməlidirlər.
Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daha ciddi bir şəkildə möhkəmlənməyə, güclənməyə başlayıb və Türkiyə bu məsələdə hər zaman Azərbaycana dəstək olub:
"Azərbaycanın güclənməsində ölkə rəhbərliyinin rolu danılmazdır. Hazırda Azərbaycan sadəcə qonşu ölkələrlə deyil, eyni zamanda, Uzaq Şərq ölkələri ilə münasibətlərini möhkəmləndirir, ölkə hakimiyyəti milli maraqlara xidmət edən, dünya arenasında Azərbaycanın maraqlarını qoruyan siyasət yürüdür".
Onun sözlərinə görə, müstəqillikdən sonra yaşanan bir sıra problemlərə baxmayaraq, Azərbaycan yeni bir iqtisadi modelə keçməyə çalışdı və bunu yüksək səviyyədə bacardı: "Yeni iqtisadi modelə keçidin ən bariz nümunəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasını göstərmək olar".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub