Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Qabonun xarici işlər naziri Noel Nelson Messoneni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin və xarici işlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıblar.
Görüşdə iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüş zamanı Afrika İttifaqı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub