Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yonq-ho ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Ri Yonq-ho konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
XİN başçısı 2019-cu ildən Azərbaycanın təşkilata sədrliyə başlamasının Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana olan inamından irəli gəldiyini bildirib.
O, həmçinin KXDR-in Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərlə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu əlavə edib.
E.Məmmədyarov Ri Yonq-honun Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib.
Azərbaycanın XİN başçısı Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyin dəstəklənməsinin cari beynəlxalq münasibətlərdə aktual olduğunu və Bandunq prinsiplərinə sadiqliyin vacib olduğunu diqqətə çatdırıb.
Səfərinin tarixi olduğunu bildirən Ri Yonq-ho ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından səfərlər mübadiləsinin arzuolunan olduğunu vurğulayıb.
Ri Yonq-ho KXDR-in Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, xüsusilə neft sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.
O, həmçinin Bakı şəhərinin arxitekturasının öyrənilməsi məqsədilə KXDR-dən olan arxitekturlarının səfərinin mümkünlüyünü vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub