TürkPA 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Mynews.az məlumat verir ki, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.
Müşahidə proqramı çərçivəsində müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.
Səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədilə Sumqayıt və Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.
Bundan əlavə, TürkPA nümayəndə heyəti Türk Şurası baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi və Şuranın Katibliyinin ekspertləri və əməkdaşlarından ibarət Türk Şurası müşahidə missiyası ilə birgə seçkilərin müşahidəsini aparacaq.
Türk Şurasının proqramına Şəki və Quba rayonlarına da ziyarət daxildir və bu çərçivədə hər iki tərəf səsvermə məntəqələrindəki vəziyyətə dair məlumat mübadiləsi aparacaq.
11 aprel tarixində TürkPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrin təqdimatı gözlənilir.
12 aprel tarixində isə TürkPA və Türk Şurası müşahidə missiyası seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub