ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb.
Mynews.az məlumat verir ki, bu barədə onun yaydığı bəyanatda deyilir.
H. Desir bəyanatında qeyd edib ki, o, Azərbaycan rəhbərliyi ilə digər jurnalistlərin məsələsinə dair əməkdaşlıq etməyə, habelə, ölkədə media azadlığı ilə bağlı vəziyyətin inkişaf etdirilməsinə dəstək verməyə hazırdır.
Qeyd edək ki, aprelin 5-də Ali Məhkəmədə Ə. Orucovun kassasiya şikayətinə baxılıb.
Məhkəmə Ə. Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib.
Ə. Orucov üç il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib.
Onun azadlığa buraxılmasına qərar verilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub