Ali təhsil alan gənclər də hərbi xidmətə çağırılacaq Səfərbərliklə bağlı önəmli məlumat

1278
Ali təhsil alan gənclər də hərbi xidmətə çağırılacaq Səfərbərliklə bağlı önəmli məlumat

Səfərbərlik elan olunarsa, ali təhsil alan gənclərə verilən möhlət hüququ ləğv olunacaqmı?

Cəmiyyətdə geniş müzakirə olunan bu sualla bağlı Metbuat.az-a açqılama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, səfərbərlik vaxtı ölkədə hərbi mükəlləfiyəti olan, hərbi xidmətə yaşı çatan və sağlamlığı buna imkan verən bütün kişilər, o cümlədən ali təhsil müəssisələrində təhsil alan gənclər də hərbi xidmətə çağırılacaqlar:

“Təbii ki, burada xüsusi istisnalar mövcuddur. İstisnalar ondan ibarətdir ki, səfərbərlik elan olunan zaman Ali Baş Komandan müəyyən güzəştlər edə bilir. Məsələn, ali təhsil müəssisələrində oxuyanlara möhlət hüququ verilə bilər. Digər bir güzəşt, müdafiə sənayesi sektoru kimi mühüm fəaliyyət sahələrində çalışan şəxslər hərbi xidmətə çağırılmır. İkinci Dünya Müharibəsində sovet vətəndaşları arasında ən sonda cəbəyə aparılanlar müdafiə sənayesi kompleksi və neft sənayesində çalışan insanlar idi”.

Hərbi jurnalist əlavə etdi ki, bütün ölkələrdə səfərbərlik qaydaları oxşardır:

“Qeyd eləmək istəyirəm ki, səfərbərlik Ali Baş Komandanın səlahiyyəti çərçivəsindədir. Çağırılan şəxslər arasında fərq yoxdur. Lakin müəyyən sahələr var ki, orada çalışan, yaxud da təhsil alan şəxslər hərbi xidmətə çağırılmır, yaxud da ən son çağırılır”.

Xəbər lenti