Mynews.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev "Azərbaycan ordusu" qəzetinə müsahibəsində deyib.
İdarə rəisinin sözlərinə görə, hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib: "Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibələrinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisə edilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib".
General qeyd edib ki, mobil səhra hospitalında həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərilir: "Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub