11 aprel növbədənkənar prezident seçkilərinə cəmi iki gün qalır.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.
Qeyd edək ki, səsvermə hüququna malik olan seçicilərin böyük əksəriyyətinin ayın 11-də seçki məntəqələrinə gələrək, istədikləri namizdə səs vermələri gözlənilir.
Bəs görəsən, ölkənin tanınmış, məşhur simaları və rəsmi şəxsləri harada və hansı seçki məntəsəsində səsvermə hüququndan istifadə edəcəklər?
Ölkə Prezidenti, hazırda səkkiz prezidentliyə namizəddən biri olan İlham Əliyev bu günə kimi, eləcə də, sonuncu 26 sentyabr 2016-cı il referendumunda Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.
Ölkə başçısının ailə üzvləri ilə birlikdə yenə həmin seçki məntəqəsində səs verəcəkləri gözlənilir.
Baş nazir Artur Rasi-zadə qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci Seçki Dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcək.
Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin bu dəfə də 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcəyi bildirilir.
Milli Məclisin (MM) sədri Oqtay Əsədov isə Bakının 7 saylı məktəbində yerləşən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub