Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyasının üzvləri 11 aprel Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gəlib.
Mynews.az-ın xəbərinə görə, TÜRKPA-dan verilən məlumatda bildirilir ki, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Haluk İpek və Ceyhun İrgil daxildir.
Bu gün TÜRKPA müşahidəçilərinin Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşlər keçirəcəyi nəzərdə tutulur.
Seçki günü Müşahidə Missiyası seçki prosesini izləmək məqsədilə Bakı, Sumqayıt və Abşeron rayonun bir sıra seçki məntəqələrini ziyarət edəcək.
11 aprel tarixində, axşam radələrində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrinin təqdimatı gözlənilir.
Növbəti gün isə TÜRKPA və Türk Şurası müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub