USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Ombudsman: Seçicilər arasında səsvermə prosesi aktivdir

10:50 11.04.2018
Ombudsman: Seçicilər arasında səsvermə prosesi aktivdir
10:50 11.04.2018

Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir.

Mynews.az-ın xəbərinə görə, bunu prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova seçkilərin təşkilinin uzunmüddətli proses olduğunu bildirib:

 “Qeyd etməliyik ki, seçkilərin uğurlu təşkili son aylar deyil, illərlə təkmilləşdirilmiş prosesdir”.

Ombudsman qeyd edib ki, Azərbaycanın qanunvericiliyi, Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri ilə hər il təkmilləşdirilir: 

“Bizim əməkdaşlarımız da müstəqil müşahidəçi kimi praktiki olaraq ölkənin bütün rayonlarında iştirak edirlər”.

O əlavə edib ki, hazırda seçicilər arasında səsvermə prosesi aktivdir: 

“Sevindirici haldır ki, seçkiləri müxtəlif ölkələrdən bir çox müşahidəçilər izləyir.

Düşünürəm ki, bu onların Azərbaycanda seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi ilə tanış olması üçün yaxşı imkan olacaq”.


Xəbər lenti