Azərbaycanın ən yaşlı seçicisi səs verib.
Mynews.az-ın xəbərinə görə, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.
1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 17 kötücəsi var.
Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.
O, səsverməyə ailə üzvləri ilə birgə gəlib:
“Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm.
Bu gün 124 yaşda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub