Prezidentliyə namizədlər seçki məntəqələrinə gedərək, səsvermə hüququndan istifadə ediblər.
Mynews.az-ın məlumatına görə, Oxu.Az-a açıqlamasında müstəqil millət vəkili, prezidentliyə namizəd Zahid Oruc bildirib ki, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı məntəqəsində ailə üzvləri və yaxınları ilə birgə səs verib.
“Eyni zamanda, yaxın qohumlarımdan bir neçəsi məxsusi olaraq, yaşadıqları ərazinin seçki məntəqəsindən qeydiyyatdan çıxaraq, bizimlə birgə səs verdilər”, - deyə Z.Oruc əlavə edib.
Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğlu (Məmmədov) da 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin nəzdindəki seçki məntəqəsində səs verib.
O, Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında yerləşən 15 saylı seçki məntəqəsində xanımı ilə birgə səsvermə hüququndan istifadə edib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizəd Araz Əlizadə isə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin paytaxtın Bəsti Bağırova küçəsində yerləşən 11 saylı seçki məntəqəsində öz iradəsini ifadə edib.
O, nəvəsi və adaşı Araz Əlizadə ilə birgə seçki məntəqəsinə gedib.
BAXCP-dən prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub