Müşahidə apardığım seçki məntəqələrində vətəndaşların şəffaf, sərbəst şəkildə səs vermələri üçün yaxşı şərait yaradılıb. Heç bir qanun pozuntusuna rast gəlmədim. Ümid edirəm ki, belə də davam edəcək.
Mynews.az-ın verdiyi məlumata görə, bu fikirləri səsvermə prosesini izləyən bolqarıstanlı deputatı Hamid Hamid bildirib.
O qeyd edib ki, insanlar fəal şəkildə, yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak edirlər. Gənclərin fəallığını xüsusi qeyd etmək istəyirəm. Bu, çox sevindirici haldır. Gənclərin dövlət idarəçiliyində, qərar qəbuletmədə iştirakı çox əhəmiyyətlidir.
Bolqarıstanlı deputat üçüncü dəfədir ki, Azərbaycanda seçkiləri izlədiyini deyib. O qeyd edib ki, Azərbaycan xalqının daha yaxşı günləri irəlidədir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub